Sabiq filial rəhbərinin adı qurumun rəsmi saytından da çıxarıldı
Məlum olduğu kimi, bir müddət əvvəl Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev haqqında cinayət işi qaldırılmışdı. Dələduzluqda ittiham olunan Riyad Əliyev axtarışa verilməklə yanaşı, İnterpol tərəfindən də axtarışdaydı.
Aldığımız məlumata görə, İnterpol sabiq filial rəhbəri ilə bağlı axtarışları dayandırıb və onun adını siyahısından çıxarıb. Bu barədə JAM.AZ-a açıqlama verən Riyad Əliyev bildirib ki, belə bir nəticənin alınması üçün xeyli əziyyət çəkməli olub. Onun sözlərinə görə, haqqında qaldırılmış cinayət işi sifarişli olmaqla yanaşı, həm də qondarmaydı. «İnterpola təqdim etdiyim sənədləri, faktları və sübutları araşdırdıqdan sonra günahsız olduğumu təsdiqlədilər və barəmdə verilmiş axtarışı dayandırdılar. Adımı isə rəsmi sayıtlarından çıxardılar».