İntiqam ƏSƏBİLƏŞDİ: “Vəfadan maşın, pul alanı Allah görbagor etsin”
“Ondan maşın, pul alanı da Allah görbagor etsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İntiqam Kərimov “Öz aramızda” verilişində deyib. O, gənc həmkarı Vəfa Şərifovanı dəstəklədiyinə görə onu qınayanlara səslənib:
“Mən Vəfadan bir manat da almamışam. Ondan maşın, pul alanı da Allah görbagor etsin. Mən sadəcə dedim ki, qızın səs diapazonu budur. Ondan sonra getdi toy oxudu. Yaxşı edir, çörəyini qazanır. Mən onu məcbur edə bilmərəm ki, gəl, sən də mənim kimi oxu. Mən tamam başqa tərzdə oxuyuram, o başqa tərzdə… “Səsi var” başqa şeydir, opera oxumaq başqa şey. Mən dedim ki, Vəfa bunu da oxuya bilər”.
Qeyd edək ki, İntiqam Kərimovun müğənni Vəfa Şərifovanı verilişlərdə pul və maşın müqabilində tərifləməsi barədə söz-söhbətlər yayılıb.
Nehru












