!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

!Reklam – Yazi

İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti Avropa Mərkəzi Bankının sədri Mario Draqinin çıxışından sonra 1.13$-a kimi ucuzlaşıb. Təhlillərə əsasən, qiymət sözügedən səviyyənin altında qalarsa, 1.12$-a kimi də dəyər itirə bilər.

Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 14:00 və çərşənbə saat 23:00 müvafiq olaraq açıqlanacaq Avropada inflyasiya ilə bağlı önəmli göstəricilər və Amerika Mərkəzi Bankının faiz qərarı da böyük maraqla gözlənilməkdədir.

GBP

GBP/USD məzənnəsi də Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları fonunda təzyiq altındadır. Beləliklə, 1.26$-a təklik edilən GBP/USD məzənnəsi, bu səviyyənin altında qalarsa, 1.25$-a kimi də ucuzlaşa bilər.

TRY

Türkiyə maliyyə bazarlarında da dollar bahalaşır. Artıq 5.37TL-yə ticarət edilən USD/TRY məzənnəsi, 5.41TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.53TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti “OPEC+” ölkələrinin qiymətlərə dəstək olmaq məqsədilə qərara aldıqları yeni razılaşmaya baxmayaraq, dolların bahalaşması fonunda 60$-a kimi ucuzlaşıb. Lakin qiymət 61$-ı yuxarı istiqamətdə qırarsa, 63$-a kimi dəyər qazana bilər. 63$-ın üzərində möhkəmlənən qiymətin bahalaşmasının isə daha da sürətlənə biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olub. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1236$-ı (39.7 $/qram) da aşağı istiqamətdə qırarsa, 1230$-a (39.6 $/qram) kimi də dəyər itirə bilər.

www.yenicag.az

3284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv