Reklam

Reklam

Dekabrın 15-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “İpəkdə yaşayan izlər – 55” adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab “Qurani-Kərim”in təqdimatı olub.

Yenicag.az xəbər verir ki, üç il müddətində hazırlanan “Qurani-Kərim” kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.

Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 santimetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, Tünzalə Məmmədzadə ölkədə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanıtmaqla yanaşı, gənc rəssamlara da öyrədib.

Sərgidə həmçinin gənc rəssamlar Elmar Məmmədzadə və Türkan Məmmədzadənin şəffaf ipək üzərində işlənmiş rəsm əsəri və təkəlduz tabloları sərgilənib.

Elvin Paşazadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1748
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."