İndoneziya “iPhone 16” telefon modellərinin ölkədə satışına və istifadəsinə qadağa qoyub.
Yenicag.az xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatına sahib olan İndoneziya “Apple”in ölkəyə verdiyi investisiya vədlərini yerinə yetirmədiyi üçün “iPhone 16” seriyasının satışını və istifadəsini qadağan edib.
İndonziyanın Sənaye Nazirliyi bildirib ki, “Apple” İndoneziyaya cəmi 1,5 trilyon rupi (95 milyon dollar) sərmayə qoyub. Şirkət ölkə iqtiadiyyatına 1,7 trilyon rupi sərmayə qoyacağına dair vəd vemişdi.
İndoneziya əhalisinin sayına görə dünyanın 4-cü ən böyük ölkəsidir. Burada 283 milyon insan yaşayır. Ölkədə aktiv istifadə edilən telefon sayı 350 milyondan çoxdur
www.yenicag.az