iPhone 6 sahibləri üçün barmaq
Cihazın qiyməti 14 dollar təşkil edəcək. Barmağa taxılma onun ölçüsünü təxminən 15 mm artıracaq.
Yaponiyanın Thanko şirkəti iPhone 6 smartfonundan istifadənin optimallaşdırılması üçün barmaq şəklində aksessuar hazırlayıb.
YubiNobiiru adlı qurğu əlin baş barmağının uzadılmış variantda dəqiq plastik surətini təşkil edir. Cihazın ucluğuna sensor ekranla işləmək üçün ötürücü quraşdırılıb.
Bir çox istifadəçilərin iPhone 6 smartfonundan istifadəsi zamanı cihazın ölçülərinə görə narahatlıq yaşaması nəticəsində bu cür aksessuar yaratmaq ideyası meydana gəlib. (milli.az)