!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone 6s” və “iPhone 6s Plus” təqdim olundu-Foto

!Reklam – Yazi

d4d314606ad8d80b340e60457dce2bfa“Apple” korporasiyası San-Fransiskoda keçirdiyi təqdimat mərasimində yeni “iPhone 6s” və “iPhone 6s Plus” smartfonlarını nümayiş etdirib.

Korporasiyanın rəhbəri Tim Kuk cihazları dünyada ən qabaqcıl smartfonlar adlandırıb və təqdimat üçün marketinq üzrə vitse-prezident Fil Şlleri səhnəyə çağırıb. Yeni smartfonlar əvvəlki ölçülərini (4,7 və 5,5 düym) saxlayıb, lakin displeylər daha möhkəm ön şüşə ilə təchiz olunub. Yeni cihazlar “3D Touch” texnologiyasını dəstəkləyir, və yeni A9 prosessorunun bazasında çalışır. Hər iki smartfon 12 meqapiksellik əsas kameraya, 5 meqapiksellik frontal (ön) kameraya, yaxşılaşdırılmış avtofokusa və 4K formatlı video çəkmək imkanına malikdir. F. Şiller istifadəçilərin qeyri-adi canlı fotolar çəkməsinə imkan verən “Live Photos” texnologiyasını xüsusi qeyd edib. “Touch İD” barmaq izinin skaneri funksiyası da yenilənib və əvvəlkinə nisbətən daha sürətlə işləyir.

Yeni “iPhone”lara sifarişi 12 sentyabrdan etibarən qeydiyyatdan keçirmək mümkündür. Satışlar sentyabrın 25-də ABŞ, Britaniya, Avstraliya, Yeni Zelandiya, Fransa, Almaniya, Honkonq, Çin, Yaponiya, Sinqapur və Puerto-Rikoda başlayacaq. Smartfonlar ənənəvi boz, qızılı və gümüşü rəngli korpusla yanaşı, çəhrayı rəngli korpusla da satışa çıxarılacaq.

“iPhone 6s”in müxtəlif modifikasiyaları ABŞ-da 199, 299 və 399 dollar təşkil edəcək. “iPhone 6s Plus” smartfonlarının modifikasiyaları isə bundan 100 dollar baha olacaq.

 

 

 

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv