"iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Təcili olaraq iOS yenilənməlidir

media-hightechnic-468x90

“Apple” ciddi təhlükəsizlik problemlərinin həllinə yönəlmiş “iOS 18.4.1” və “macOS Sequoia 15.4.1” yeniləmələrinin buraxıldığını elan etdi.

Yenicag.az xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat verib.

“Apple” aşkar edilmiş boşluqların konkret istifadəçiləri hədəf alan son dərəcə mürəkkəb hücumda istifadə oluna biləcəyini vurğulayıb və hər kəsi qadcetlərindəki proqram təminatını yeniləməyə çağırıb.

“CoreAudio”da aşkar edilmiş boşluqlardan biri dələduzlara zərərli audio faylları vasitəsilə viruslu kodu işə salmağa imkan verib. Bu cür təhlükələrin qarşısını almaq üçün “Apple” təkmilləşdirilmiş sərhəd yoxlama üsullarını tətbiq etməklə yaddaşın qorunmasını gücləndirib.

İkinci problem, dələduzların yaddaşa daxil olmasına imkan verən göstəricinin autentifikasiyasından yayınma ilə bağlı idi. Bu cür hücumların qarşısını almaq üçün şirkət həssas kodu silib.

Proqram təminatının yeniləmələri artıq yükləmək mümkündür və “Apple” istifadəçi məlumatlarının maksimum qorunmasını təmin etmək üçün onları dərhal quraşdırmağı tövsiyə edir.

“iOS 18.4.1” yeniləməsi “iPhone XS”, “iPhone 11”, “iPhone SE 2020” və sonrakı modellər üçün əlçatandır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600