İqbal Ağazadənin yeni müavini

media-hightechnic-468x90

g6Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə sərəncam imzalayıb.

Sərəncama əsasən Ağazadə Ənvər Sərdar oğlu Ümid Partiyası sədrinin birinci müavini təyin edilib.

Ənvər Ağazadə Sərdar oğlu Yardımlı rayon, Zəngələ kəndində nadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1995-ci ildən ictimai-siyasi fəaliyyətə başlayıb. 1995-1997-ci illər “Demokratik Tələbə Gənclər Təşkilatı” idarə heyətinin üzvü, 1997-ci ildən 2002 –ci ilə dək “Jurlalistlərin Həmkarlar Təşkilatının” təsisçisi və sədr müavini olub. 1997-2001-ci illərdə

“Bu gün” qəzetinin siyasət şöbəsində müxbir işləyib. 2001-ci ildə Ümid Partiyası Mətbuat Xidmətinin rəhbəri təyin edilib, bir il sonra Ümid Partiyası sədrinin mətbuat məsələləri üzrə müavini, 2006-2009-cu illərdə Ümid Partiyası sədrinin İdeoloji-Təbliğat məsələləri üzrə müavini vəzifəsini daşıyıb. 2009- çu ildən etibarən Ümid Partiyası Ali Məclisinin sədri olub.

Xatırladaq ki, partiya sədrinin iyunun 4-də imzaladığı sərəncama əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini Razi Abbasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600