İqtisad Universitetində daha bir yenilik

media-hightechnic-468x90

qqqqqqqqaAzərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib.

ADİU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Sonra tələbələri narahat edən məsələlər dinlənilib. Görüş iştirakçıları rektora daha çox ixtisas seçimi ilə bağlı suallar ünvanlanıb. Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.

Yekun qərara əsasən ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600