İqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlandı

media-hightechnic-468x90

Bu gün 2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Yenicag.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mükafat Paul R. Milgrom və Robert B. Wilsona verilib.

Onlar bu mükafata “Hərrac nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə” nail olublar.

Paul R. Milgrom (Pol Robert Milqrom) 1948-ci ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. Bakalavr təhsilini Miçiqan və Stenford Universitetlərini bitirib, 1992-ci ildən Amerika Elm və İncəsənət Akademiyasının üzvüdür.

Robert B. Wilson (Robert B. Uilson) isə 1937-ci ildə ABŞ-ın Nebraska ştatında anadan olub. 1999-cu ildən Ekonometrik Cəmiyyətinin prezidentidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600