Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İqtisadiyyatı güclü olmayan dövlətin heç vaxt güclü ordusu ola bilməz”

“Tovuz hadisələri Azərbaycanda ordu-xalq birliyinin möhkəm olduğunu bir daha sübuta yetirdi”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında hərbi ekspert Arif Pənahlı Tovuzda baş verən erməni təxribatlarını şərh edərkən deyib.

Ekspert bildirib ki, Tovuz hadisələri ilk növbədə, xalqın hər an Ordumuzun yanında olduğunu göstərdi:

“Şəhidlərin dəfnində xalq böyük izdihamla vida mərasiminə gəldi. Yaşından asılı olmayaraq, hər kəs Orduya dəstək nümayiş etdirdi. Bir daha gördük ki, Azərbaycan xalqı öz ordusuna, dövlətinə dəstək olmağa daim hazırdır. Oxşar hadisəni 2016-cı ilin aprel ayında da yaşamışdıq. Yadınızdadırsa, həmin vaxtlar da gənclərimiz könüllü olaraq cəbhə xəttinə getmişdilər. Müdafiə Nazirliyinin rəhbərliyi “Azərbaycan Ordusu düşmənə istənilən formada cavab verməyə qadirdir, əlavə köməyə ehtiyac yoxdur” bəyanatını vermişdi. Bu gün də belədir. Ordumuz tam gücü ilə düşmən təxribatlarına qətiyyətlə cavab verir”.

A.Pənahlının fikrincə, bu döyüşlər nəticəsində Ermənistan ordusunun köhnə, istismar müddəti bitmiş silahlardan istifadə etdiyi növbəti dəfə məlum oldu:

“Ordunun gücü həmin ölkənin iqtisadi potensialından asılıdır. İqtisadiyyatı güclü olmayan dövlətin heç vaxt güclü ordusu ola bilməz. Azərbaycan iqtisadiyyatı ordumuzu ən müasir silah-sursatla tam təmin etməyə imkan verir. Hazırda Ermənistan böhran vəziyyətindədir. İqtisadi böhran şəraitində olan dövlət ordusunu hansı müasir texnika ilə təmin edə bilər? Onların keçirdiyi təlimlərlə bizim ordunun keçirdiyi təlimləri müqayisə etsək, ciddi fərqlərin olduğunu görərik. Bizim təlimlər ən müasir hərbi texnikaların nümayiş olunması ilə keçirilir. Lakin Ermənistan ordusunun təlimlərində köhnə, istismar müddəti bitmiş silahların, döyüş vasitələrinin olduğunu görürük”.

www.yenicag.az

357
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100