İran addım-addım bu hərbi əməliyyata sürüklənir: "Son mərhələdir..."

media-hightechnic-468x90

“İrana verilən yanlış kəşfiyyat məlumatları ilə İraqda kürdlər bombalanır”.

media-banner_tuq

Bu iddianı Yenicag.az-a politoloq Turan Rzayev bildirib.

Politoloq iddia edib ki, İran tərəfindən Körfəz ölkələri və İraqda yerli strateji obyektlər və kürdlər bombalanır. T. Rzayev bildirib ki, bu bombalamalara səhvən, daha doğrusu, İrana məqsədli şəkildə verilən yanlış kəşfiyyat məlumatları səbəb olur:

“Prinsip etibarilə ABŞ İranın cənub ərazilərini, xüsusən də sahil xəttini vurur. Mən bəzən bunu müqayisə üçün İkinci Dünya Müharibəsində müttəfiqlərin Normandiya əməliyyatlarına bənzədirəm. Normandiya əməliyyatları kontekstində əvvəl sahil xətti donanma və aviasiya tərəfindən vuruldu, daha sonra əməliyyatlar başladı. Hazırda ABŞ regiona hərbi qüvvələrini cəlb edir və İrana mesaj verilir ki, şərtlərimizi qəbul etməsəniz quru əməliyyatları başlanacaq. Bir yandan kürdlər silahlandırılır, digər tərəfdən İrana verilən yanlış kəşfiyyat məlumatları ilə Amerika bazaları adı altında Körfəz ölkələrində, İraq və Suriyada konkret məntəqələr İran tərəfindən bombalanır. Hansı ki, İraqdakı o məntəqələrdə əsasən kürdlər yaşayır. Körfəz ölkələrinin şirin su istehsal edən müəssisələri vurulur, su böhranı yaradılır ya da strateji məntəqələr sıradan çıxarılır. İranın vurduğu obyektlərin çoxu hərbi obyektlər olmur. Bununla da bir növ ABŞ İrana qarşı koalisiya formalaşdırmağa çalışır. Davamlı bu əraziləri vurmaq gec-tez bu ölkələri bir araya gətirib İrana qarşı quru əməliyyatlarına başlaya bilər. Bu son mərhələdir. Əgər yenə də İran geri addım atmasa əməliyyatlar daha da aktivləşəcək və quru əməliyyatlar mərhələsinə start veriləcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05