!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran başa düşmür ki, Rusiya heç vaxt öz maraqlarından kənar...” – DAK rəsmisi

!Reklam – Yazi

“Sadəcə Rusiya yox, İranın dostu sayılan Çin də o adaların ərəblərə məxsusluğunu qəbul edib”.

Bu fikirləri Rusiyanın İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ərazi mübahisələrinin dinc yolla həllinin vacibiliyinə dair mövqeyinin Tehranda doğurduğu narazılığı şərh edən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdaər Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İranın bununla bağlı narazılıqları “arxadan atılan daş” qədər təsirsizdir:

“Bildiyiniz kimi, Hörmüz boğazı ərazisindəki bir neçə adaya görə İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan mübahisənin kökü ötən əsrin ortalarına gedir. O zaman bu məsələ müzakirə edilmişdi və adaların Əmirliklərə verilməsi qərara alınmışdı. Yəni dünya o adalar üzərində ərəblərin hüququnu tanıyıb.

İndi Rusiyanın bu məsələdə ərəblərin maraqlarına uyğun bəyanat verməsi Tehran rejimini qəzəbləndirir. Mollalara bağlı olan media orqanları və sosial şəbəkə kanallarında buna görə Rusiyanı lənətləyirllər, Moskvanı xəyanətdə suçlayırlar. Hətta rəsmi şəxslər də bu mövzuda sərt fikirlər səsləndirirlər.

Sual yaranır, nə oldu ki, İran özünə ən yaxın saydığı Rusiya ilə münasibətləri kəskinləşdirəcək davranış sərgiləyir? Axı bunlar guya dost idilər… İran başa düşmür ki, Rusiya mövcudluq tarixi ərzində heç vaxt öz maraqlarından kənar heç bir addım atmayıb.

Sadəcə Rusiya yox, İranın dostu sayılan Çin də o adaların ərəblərə məxsusluğunu qəbul edib. Ona görə də, molla rejiminin bu səs-küyü boş şeydir.

İranın ali dini rəhbərinin müşaviri Vilayəti isə o gün geniş açıqlama verərək diqqəti yenə də kənar ölkələrin Qafqaza gəlişinin qarşısını almağın vacibliyinə yönəldib. Yəni onların gündəmi nə olursa-olsun, əsas dərdləri Azərbaycandır. Azərbaycanın hərbi-siaysi baxımdan güclənməsi İranı narahat edən əsas məsələdir”.

A.Zeynalov

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv