Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“İran bütün “cəbhə”lərdə Azərbaycanın qarşısından geri çəkilməli oldu” – DAK rəsmisi

Reklam: High Technic

“Onlar başa düşdülər ki, bu gedişat Azərbaycanın Bakıda 2-ci Hərbi Qənimətlər Parkının açılması ilə nəticələnə bilər”.

Bu fikirləri İranın Azərbaycana qarşı qeyri-adekvat davranışları nəticəsində iki ölkə arasında yaranan gərginliyin son həftələrdə səngiməsinin nə qədər davamlı olacağını dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran hakimiyyəti Azərbaycan əleyhinə aqressiv siyasət yürütməyin onun üçün yaxşı heç nə vəd etmədiyini anlayıb:

“Bəli, son həftələrdə İranın məlum hərəkətlərindən sonra yaranan gərginlik aradan qalxmış kimi görünür. Həmin ölkənin ictimai rəyində əvvəlki yanaşmalardan geniş mənada imtina olunduğu müşahidə edilir.

Əslində, nəzərə almaq lazımdır ki, İranda parlament, hökumət və daha aşağı qurumlar, məmurlar birmənalı olaraq, molla rejiminin iradəsini ifadə edir, onun diqtəsi ilə oturub-durur.

Rejim Azərbaycana qarşı aqressiv siyasətini artıranda bu qədər təpki görəcəyini yəqin ki gözləmirdi. Baxdılar ki, Azərbaycan sona qədər qətiyyətli dayanıb və onlar bütün “cəbhə”lərdə geri çəkilməli oldular. Onlar başa düşdülər ki, bu gedişat Azərbaycanın Bakıda 2-ci Hərbi Qənimətlər Parkının açılması ilə nəticələnə bilər.

Bundan sonra İran rəsmiləri məsələnin danışıqlarla yoluna qoyulması xəttini tutdular, ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian neçə dəfə Ceyhun Bayramova zəng vurdu, təmaslar intensivləşdi. Bu gün artıq İranda da qəbul edirlər ki, bu ölkənin yük maşınları Azərbaycan ərazisindən keçərkən, gərəkən rüsumu ödəməlidirlər. Hətta nəqliyyat naziri yükdaşıma şirkətlərini Azərbaycanın icazəsi olmadan Qarabağa səfər etməməyə çağırır.

Bütün bunlar onu göstərir ki, molla rejimi Azərbaycan əleyhinə yürüdülən siyasətin onlara hər hansı fayda gətirməyəcəyini başa düşdü və geri çəkilməli oldu”.

A.Zeynalov

www.yenicag.az

365
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100