ABŞ Prezidentinin elçisi Stiv Vitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Dohada “regional liderlərlə müsbət müzakirələr aparıblar”.
Yenicag.az xəbər verir ki, məlumatı Bloomberg ABŞ rəsmisinə istinadən yayıb. ABŞ rəsmisi əlavə edib ki, İranla texniki danışıqlar davam edir.
Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Taninin Vitkoff və Kuşnerlə İran-ABŞ arasında hərbi əməliyyatların dayandırılması haqqında memorandum çərçivəsində danışıqları müzakirə etdiyinə dair məlumat yayıb. Tərəflər həmçinin Livandakı atəşkəsə diqqət yetirərək Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, hər iki ABŞ nümayəndəsi əslində Dohaya İran tərəfi ilə Hörmüzdən keçidlə bağlı texniki məsləhətləşmələr aparmaq üçün getmişdilər. Lakin İran belə birbaşa məsləhətləşmələrdən imtina etdi













