Netanyahunun "erməni kartı" Ankara-Tel-Əviv xəttini tamamilə QOPARIR? - ŞƏRH

media-hightechnic-468x90

“Bu qətnamənin arxasında başqa görünməyən səbəblər var.”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq hesab edir ki, İsrailin qondarma erməni soyqırımını qəbul etməsinin arxasında başqa səbəblər var və tezliklə üzə çıxacaq:

“İsrail və Türkiyənin münasibətləri uzun müddətdir korlanıb, düzələcəyi də bundan sonra real görünmür. İqtisadi münasibətlər ola bilər, ticarət əlaqələri ola bilər, amma siyasi münasibətlərdə fərqli çalarlar var. Nəzərə almaq lazımdır ki, İsrailin Qəzzada etdikləri Türkiyə başda olmaqla beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıq yaradır. Bu vəziyyət o yerə gətirib çıxarır ki, Türkiyə hökumətinin seçiciləri əsasən islamçı kəsim olduğu üçün Fələstin məsələsində çox həssasdırlar. Netanyahunun komandasının Qəzza məsələsində atdığı addımlar Türkiyə cəmiyyətində ciddi narahatlıq yaradır. Düşünürəm ki, bu qərardan sonra pozulmağa başlayan münasibətlər daha da korlanacaq. Qətnamə tam qəbul olunsa, müharibə olmasa da, ikili münasibətləri ciddi zədələyəcək.”

S. Hümbətov qeyd edib ki, iki ölkə arasında münasibətlər daha da uçuruma gedir:

“Hazırkı gedişatdan yaxşı nəsə gözlənilmir. Böyük ehtimalla bu qərarın arxasında başqa səbəblər var, sadəcə bu səbəblər görünmür.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05