Rusiya üç ölkə ilə dəmir yolu əlaqələrini məhdudlaşdırdı
Rusiya hökuməti Latviya, Finlandiya və Estoniya ilə dövlət sərhədində yerləşən bir sıra dəmir yolu keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sənədə əsasən, Sankt-Peterburq–Finlandiya və Vıborq dəmir yolu keçid məntəqələri də daxil olmaqla bir neçə sərhəd keçidində şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkəti iyulun 1-dən etibarən müvəqqəti dayandırılacaq.
Rusiya Xarici İşlər Nazirliyinə qəbul edilən qərarla bağlı Latviya, Estoniya və Finlandiya hökumətlərini rəsmi qaydada məlumatlandırmaq tapşırılıb.
Bağlanan keçid məntəqələri arasında Kareliyada yerləşən Värtsilya və Lyuttya, Leninqrad vilayətindəki Svetogorsk (Finlandiya sərhədi), Estoniya ilə sərhəddə yerləşən Peçory-Pskovsk, həmçinin Latviya ilə sərhəddə Pskov vilayətindəki Pıtalovo dəmir yolu keçid məntəqələri də yer alır.













