Sabah İstanbul boğazında gəmilərin keçidi təşkil olunacaq
Sabah İstanbul boğazından 5 gəminin təntənəli keçidi təşkil ediləcək.
Yenıcag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“1 iyul Dənizçilik və Kabotaj Bayramının 100-cü ildönümü çərçivəsində, Dəniz Qüvvələri Komandanlığı tərəfindən 15 gəmi ilə 15 liman ziyarəti və 5 gəmi ilə İstanbul Boğazında mərasim keçidi icra ediləcək”, – məlumatda bildirilib.
Bildirilir ki, vətəndaşların gəmilərlər yaxından tanışlığına imkan yaradılacaq: “Kabotaj hüququnun 100-cü ili dənizlərdə və liman şəhərlərində coşqu ilə qeyd ediləcək.













