Azərbaycanda heyvanlar birjalar vasitəsilə satılacaq - VİDEO
Azərbaycanda heyvan bazarları fiziki yox, birja formasında təşkil ediləcək”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.
AQTA sədri bildirib ki, heyvan bazarları ilə bağlı aparılan yoxlamalar 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.













