!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran erməniləri seçəcək, yoxsa Azərbaycanı?

!Reklam – Yazi

76“Azərbaycanla çoxvektorlu münasibətləri iranlılar ermənilərə görə qurban verməyəcəklər” İranın nüvə dosyesi ilə bağlı Tehranla “altılıq” ölkələri arasında ötən ay əldə olunan Vyana anlaşmasından sonra cənub qonşumuzun sivil dünyaya sanki yeni bir açılışı başlayıb. Eyni zamanda böyük bir bölgədə, həmçinin İranın Qərb, Türkiyə və Azərbaycanla, digər qonşuları ilə münasibətlərində keyfiyyət dəyişiklikləri özünü göstərməkdədir. Xüsusuilə İranla Azərbaycan münasibətləri perspektivdə hansı müstəvidə davam edəcəyi maraq doğurur?

Politoloq Tofiq Abbasov bildirir ki, İranla Azərbaycanın energetika, nəqliyyat, neft kimyası və s. sahələrdə sıx və qarşılıqlı fayda ilə əməkdaşlığı üçün münbit şərait mövcuddur.

“Bu ölkənin sanksiyalar məngənəsində olması imkanlardan yararlanmağa imkan vermirdi. Hətta İranın Azərbaycan banklarında olan aktivlərinin dondurulması da münasibətlərə xələl vurudu.İndi isə Tehranın addım-addım məhdudlaşdırıcı kəmərdən azad olması iki ölkə qarşısında çox cazibəli imkanlar açır. Nəzərə alsaq ki, hər iki dövlətin iqtisadi konfiqurasiyasında xeyli bənzərliklər var və həmahəng işləmək üçün imkanlar genişdir, Bəlli olur ki, birlikdə irihəcmli infrastruktur layihələrin işlənməsi Bakı ilə Tehran üçün əlverişli şərait yaradır.Əvvəl bir gündən NABUKKO layihəsi İran qazı üçün nəzərdə tutulmuşdur. Amerikanın sərt münasibəti nəticəsində İran qazı istifadəsiz qaldı və boşluğu dolduran ölkələr sırasında Azərbaycan önə çıədı. Geosiyasi dəyişikliklər baş verdikdən sonra hazırda daha müsbət konyunktura açılır.İki məmləkət mövcud ötürücü kəmərlərin istifadəsi istiqamətində böyük işlər görmək imkanına malik olur. Əgər neft-qaz sahəsində ortaq plan işlənsə, onda Azərbaycan-İran birləşməsi həqiqətən də Avropanın təminatçısı yolunda alternativsiz inhisarçıya çevrilə bilər”.

1426340387_tofiq-abbasov

 

Politoloq qeyd edir ki, münasibətlər siyasi baxımdan bu bir o qədər də asan başa gəlməyəcək və rəqiblər buna mane olmağa çalışacaqlar. Odur ki, Bakı ilə Tehran bu amili mütləq nəzərə aldıqdan sonra işlərə əncam verməli olacaqlar.

“Hətta enerji layihələri sahəsində ümidverici işlərə start vermək bir o qədər də asan olmasa, alternativ istiqamətlərdə birgə görülə biləcək işlərin sayı böyükdür. Odur ki, iki ölkə münasibətləri ən yaxın zamanda yeni keyfiyyət mərhələsinə çıxa billəcək.Ermənistanın bu işlərə təsiri cüzi olacaq. Çünki Bakı və Tehranda geosiyasi və iqtisadi iqlimi formalaşdıranlar əsl praqmatiklərdir. İran rəsmiləri gözəl anlayırlar ki, İrəvana bağlanmaq baş ağrısından başqa heç nə gətirməyəcək. Tehranın Bakı ilə yeni əlaqələrə dəstək verməsi Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə biləcək. Hər halda, İran Ermənistana nicat nəfəsi verən ölkələrdəndir. Lakin Azərbaycanla çoxvektorlu münasibətləri iranlılar ermənilərə görə qurban verməyəcəklər.Düzdür, bu konfiqurasiyada Rusiya amilini də nəzərə almaq vacibdir. Çünki Moskvanın qısqanclığı məhz Qarabağ problemində yeni gərginliyin peyda olması ilə nəticələnə bilər.Bütün hallarda Bakı ilə Tehran optimal münasibətlər rejimi tapmağa qadirdilər. Bu məsələyə İrəvanın müdaxiləsi, ya da dağıdıcılığı heç bir korrektə edə bilməz”.-deyə Tofiq Abbasov qeyd edib.

Kamran Ədalətoğlu

Yenicag.az

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv