!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran geri çəkilir? – Bu ölkənin baş naziri təəccübləndi

!Reklam – Yazi

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib ki, İran “BMT-nin 1701 saylı qətnamə təklifini həyata keçirmək və Livan ordusunu ölkənin cənubunda yerləşdirmək üçün Fransa ilə görüşməyə hazırdır”.

Yenicag.az İran mediasına istinadən xəbər verir ki, bu bəyanat Livan “Hizbullah”ının “müharibəni yeni səviyyəyə” aparacaqlarını elan etməsindən sonra verilib.

Cümə günü Livanın baş naziri Necip Mikati bu açıqlamalardan təəccübləndiyini bildirib. Mikati deyib ki, Qalibafın sözləri ilə desək, o, “Livanın daxili işlərinə açıq-aşkar müdaxilə edir və Livan üzərində qəbuledilməz protektorluq elan edir”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnamə təklifi 2006-cı ildə Livan və İsrail tərəfindən qəbul edilmiş və İsrailin ilk işğalına rəsmən son qoyan sənəd idi.

Sənədin maddələrinə görə, İsrail Livanın cənubundan çəkiləcək və Livanın razılığı olmadan ölkədə hərbi qüvvələri saxlaya bilməyəcək.

Qətnamənin mühüm maddələrindən biri “Hizbullah”ı əhatə edir. 1701 saylı həll təklifinə görə, Livanın cənubunda hökumətlərlə əlaqəsi olmayan bütün təşkilatlar tamamilə tərksilah ediləcək.

Eyni zamanda, Livan ordusu BMT-nin Livanın cənubundakı sülhməramlı UNIFIL qüvvələri ilə birlikdə bölgədə ictimai asayişi təmin edəcək.

Sənəddə “hökumətlə əlaqəsi olmayan təşkilatları” maddəsi “Hizbullah”ın özünə aiddir. 1701 saylı həll təklifi olduğu kimi həyata keçirilərsə, Livan “Hizbullah”ı tamamilə tərksilah edilməlidir.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

140
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv