İran interneti bərpa etməyə başladı

media-hightechnic-468x90

İran hakimiyyəti xarici saytlara girişə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi iranlı mobil telefon abunəçiləri başqa ölkələrin veb-saytlarına yenidən baxa bildiklərini açıqlayıb.

Bununla belə, bəzi internet saytları üçün məhdudiyyətlər qüvvədə qalır.

Ölkədə internetin bağlanması etirazların kütləvi iğtişaşlara çevrilməsinə səbəb olan xarici mesajlaşma proqramlarının təsirini cilovlamaq cəhdləri ilə bağlı idi.

Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklərə etiraz olaraq başlanıb və qısa müddətdə bir çox şəhərə yayılıb.

8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa