İran: "İŞİD-i ABŞ yaradıb, əlimizdə sübutlar var"

media-hightechnic-468x90

İran İslam İnqilabı Keşikçiləri Korpusu baş komandanının müşaviri Müqəddəmfər, İŞİD-i ABŞ-ın yaratdığına dair sübutlarının olduğunu bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Rusiyanın RT televiziya kanalına müsahibə verən müşavir, sübutların yazılı mətn və ya müqavilə şəklində olmadığını söyləyib:

“Haqqında danışdığım sübutlardan ABŞ-ın silah təminatında, strateji və tibbi sahələrdə İŞİD-ə dəstək verdiyi aydın olur.”

Müqəddəmfər bildirib ki, ABŞ İŞİD-ə dəstək verdiyi həqiqətini gizlədə bilməz.

“”Bu təşkilatı biz qurduq və indi də sıradan çıxartmaq istəyirik” deyəndə də yalan danışırlar və bunu sübut etmək üçün kifayət qədər əsasımız var.”

Qeyd edək ki, iki həftə əvvəl İranın ali dini lideri Ayətulla Əli Xamneyi də sosial şəbəkə hesabında Yaxın Şərqdəki terrorizmin kökünün ABŞ-da olduğunu qeyd etmişdi.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05