HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı Tehranın İsrailə reaksiyası həm zaman, həm də forma baxımından gözlənilməz ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyinə istinadən İranın BMT-dəki missiyasının məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, İranın cavabı Qəzza zolağında mümkün atəşkəsə mənfi təsir göstərməyəcək.
“İranın cavabı həm zaman, həm də forma baxımından İsraili təəccübləndirəcək. Ola bilsin ki, onların gözləri səmaya və radar ekranına dikiləndə yerdə baş verənlərdən və ya bəlkə də ikisinin birləşməsindən məəttəl qalacaqlar”, – İranın BMT-dəki missiyası qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirmişdi ki, ölkə ordusu Haniyyənin qisasının nə vaxt və necə alınacağını müəyyənləşdirəcək və “bu, mütləq baş verəcək”.
“Zaman bizim xeyrimizədir. Qoy düşmən zərbə vurmaq anını gözləsin”, – İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Əli Məhəmməd Naini bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az