İran Mərakeşin iddialarını inkar etdi

İran və Mərakeş arasında yaranan diplomatik böhran getdikcə şiddətlənir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Bəhram Qasımi Mərakeşin iddialarına cavab verib. XİN başçısı bildirib ki, İran Mərakeşdə fəaliyyət göstərən heç bir silahlı qruplaşmaya dəstək vermir.

Qeyd edək ki, səhər saatlarında Mərakeş İrandakı səfirini geri çağıraraq, İran səfirinin də ölkəni tərk etməsini tələb edib. Beləliklə, ölkələr arasında diplomatik əlaqələr kəsilib.

COP29