İran nəzarəti gücləndirir - Hörmüz boğazında iki gəmi ələ keçirilib

media-hightechnic-468x90

İran Hörmüz boğazında nəzarəti sərtləşdirərək iki gəmini ələ keçirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, APA bu barədə “Reuters“ agentliyinə istinadən xəbər verir. Bildirilir ki, bu addım ABŞ Prezidenti Donald Trampın hücumların qeyri-müəyyən müddətə dayandırıldığını elan etməsindən sonra atılıb.

Qeyd edək ki, iki həftə əvvəl əldə olunmuş atəşkəsin müddətinin bitməsinə baxmayaraq, onun uzadılıb-uzadılmadığı qeyri-müəyyən olaraq qalır.

Tramp administrasiyası atəşkəsi uzatmaq niyyətini açıqlasa da, İran rəsmiləri bu qərarla razılaşdıqlarını təsdiqləməyiblər.

Xatırladaq ki, Tehran ABŞ-ın İranın dəniz ticarətinə qarşı tətbiq etdiyi blokadanı tənqid edib və bunun müharibə aktı kimi qiymətləndirildiyini bildirib. İran parlamentinin sədri Mohammad Baqer Qalibaf qeyd edib ki, blokada aradan qaldırılmadan tam atəşkəs mümkün deyil.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05