İran öz-özünü təkzib etdi: 12 günlük savaşda F-35 vurulmayıb

media-hightechnic-468x90

İsrailin hərbi hava qüvvələrinin İrana hücumu zamanı İran İsrail qırıcılarını vurmayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İran televiziyasında deyilib.

“Qırıcının vurulması və İsrailin qadın pilotunun əsir götürülməsi haqda informasiyaların yayılması İran tərəfinin yaydığı xəbərləri etibarsız etmək məqsədi daşıyırdı”, – canlı verilişdə bildirilib.

İran televiziyasının eksperti bu tip informasiyaların təxribat xarakterli olduğunu və düşmən qüvvələr tərəfindən dövriyyəyə buraxıldığını söyləyib.

Qeyd edək ki, İsrailin iki F-35 təyyarəsinin vurulması və bir qadın pilotun əsir götürülməsi barədə İranın rəsmi dövlət mediası, o cümlədən “Tasnim”, “Mehr” və digərləri məlumatlar yaymışdılar./axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05