!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İran rejimi bu gedişlə Paşinyanın özünü də əmmamələyib molla edəcək” – DAK rəsmisi

!Reklam – Yazi

“Tehrandakı rejim ideoloqları Azərbaycanı qıcıqlandırmaq üçün hər addımda ermənilərlə qardaşlıqlarını qabardırlar”.

Bu fikirləri beynəlxalq tədbirdə iştirak üçün İrana səfər edən Ermənistan Baş nazirinin xanımının nümayişkar tərzdə həmin ölkədəki məscid və müqəddəs ziyarətgahlara aparılmasının səbəblərinə toxunan Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin xanımına İranda göstərilən bu “diqqət”in başlıca səbəbi Azərbaycanı qıcıqlandırmaqdır:

“İran rejimi bu gedişlə Paşinyanın özünü də əmmamələyib molla edəcək. Bu məsələyə gəldikdə isə görünən odur ki, İran Azərbaycana qarşı düşmənçiliyini hər fürsətdə nümayiş etdirməkdədir.

Baxın, beynəlxalq tədbirdə iştirak üçün İrana gələn Paşinyanın xanımını məscidlərə, xanım Fatimeyi-Məsumənin ziyarətgahına aparılır. Ümumiyyətlə Xameneyinin özü də hər yeni ildə seçilmiş erməni ailələri ilə evlərində görüşür, söhbətləşir. İndi isə Paşinyanın xanımını İran prezidentinin sağında əyləşdirməyin, ona xüsusi diqqət göstərməyin və rəğbətlə yanaşmağın tək səbəbi Azərbaycanı qıcıqlandırmaqdır.

Açıq desəm, Paşinyanın xanımının o müqəddəs yerlərə aparılması İran cəmiyyətində də birmənalı qarşılanmayıb və buna müsbət yanaşmayanlar kifayət qədər çoxdur. Ancaq rejim sırf Azərbaycanı qəzəbləndirmək üçün hər şeyə gedir, hər addımda ermənilərlə qardaş olduqlarını, “ortaq mədəniyyət”lərinin mövcudluğunu qabardır. Bu da bizim üçün təəccüblü deyil”.

A.Zeynalov

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv