İran səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə ÇAĞIRILDI
İran səfirliyinin müvəqqəti işlər vəkili Almaniya XİN-ə çağırılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Almaniya XİN “X” platformasında məlumat yayıb.
Bildirilir ki, Almaniya Xarici İşlər Nazirliyi məhkəmənin 2022-ci ildə sinaqoqa hücum planlaşdıran şəxsin İranın dövlət qurumları ilə əlaqələri olduğunu bildirməsindən sonra İran səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.
“Düsseldorf Ali Regional Məhkəməsinin məlumatına görə 2022-ci ilin noyabrında Bohumda sinaqoqa planlaşdırılan hücum İranın dövlət qurumu tərəfindən həyata keçirilib. Buna görə də biz İranın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırmışıq”, – səfirliyin məlumatında qeyd olunub.
“Burada yəhudi həyatına hücum edilməsi qəbuledilməzdir. Biz Almaniyada xaricdən yönəlmiş zorakılığa dözməyəcəyik”, – Almaniya Xarici İşlər Nazirliyi əmin edib.
Departamentin qeyd etdiyi kimi, hökmün dəqiq əsaslandırılması indi Aİ səviyyəsi də daxil olmaqla, sonrakı addımlar üçün vacibdir.
Xuraman Etibarlı