İran Suriya ilə əlaqələri bərpa etmək istəyir? – SEPAH-dan dini liderə təqdimat

media-hightechnic-468x90

İran Suriyanın yeni hökuməti ilə diplomatik əlaqələri bərpa etmək istəyir.

Yenicag.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli zabitləri bu barədə ali dini lider Ayətullah Xamaneiyə hesabat təqdim edib.

Hesabatda İran-Suriya əlaqələri ilə bağlı iki təklif öz əksini tapıb.

Ancaq dini liderin SEPAH-a bu barədə tələsməmələri mövzusunda təlimat verdiyi və prosesin müvəqqəti olaraq dayandırıldığı da gələn xəbərlər arasındadır.

Məsələ ilə bağlı Yenicag.az-a açqılama verən türkiyəli Orta Şərq üzrə mütəxəssis Ramazan Bursanın sözlərinə görə, İran regionda yaşanan prosseslərdən kənarda qala bilməz. Bu səbəbdən də, gec-tez bu gerçəkləşəcək:

“İranın bu məsələdə həssaslığı anlaşılandır. 50 ildən çox Əsəd rejimi ilə olan əlaqələr, xüsusilə son on ildə Bəşər Əsədi qoruma sonunda iflasa uğradı və İran faktiki olaraq Suriyadan uzaqlaşdırıldı. Bu səbəbdən də Şaraa hökumətinə olan münasibəti anlaşılandır. Ancaq belə də davam edə bilməz. Əsəd rejimi birmənalı olaraq tarixə qovuşub, İran yeni dünya düzəni ilə barışmalı və Suriyanı yox saymamalıdır və saymayacaq da. Bir müddət sonra bu əlaqələrin diplomatik qaynaqlar üzərindən başlayacağını görəcəyik”.

Onu da qeyd edək ki, İran Suriyanın yeni hökuməti ilə hər nə qədər yaxınlaşmağa çalışmasa da, Şam, Hələb və Humusda yenidənqurma fəaliyyətlərində rol almaq üçün rəsmi Tehran da fəaliyyətini davam etdirir. İranın bu yöndə fəaliyyət göstərən qrupu Suriyanın tikinti və yerləşdirmə naziri Hüseyn Arnus ilə görüşən heyət bu ölkənin yenidənqurma işlərində yer almaq istədiklərini bildirib.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa