“İrana qarşı hücum barədə ritorika müəyyən qədər səngiyib” – Vaşinqton Tehranla RAZILIĞA GƏLDİ?

media-hightechnic-468x90

“Danışıqların keçirilməsi ilkin nəticə olaraq öz töhfəsini verdi”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

media-403914787_0_119_2352_1448_600x0_80_0_0_7df2bf5bc441c55a9467d88348df7aa6

O, İran-ABŞ danışıqları barədə mətbuatda ətraflı məlumat olmamasının səbəblərini şərh edib.

Analitikin fikrincə, sözügedən məsələ sonrakı perspektivdə elə də ciddi suallar yaratmayıb:

“Maraqla gözləyənlər belə görüşün sona qədər baş tutacağına inanmırdılar. Çünki, məlum olduğu kimi, ABŞ vasitəçilərsiz görüşün keçirilməsində israr edirdi. İran isə birbaşa görüşdə iştirak etməyəcəyini bildirmişdi. Tərəflərin ziddiyyətli iddialarına rəğmən, görüş, nəhayət, baş tutdu. Uzun müddətdən sonra keçirilən görüşün özü elə geniş məlumata bərabər hadisə idi. Məhz buna görə ətraflı məlumatın verilməməsi görüşün keçirilməsi fonunda hissedilməz oldu”.

Siyasi təhlilçi hesab edir ki, Oman görüşlərində həqiqətən də ilk təmas əldə edilib:

“Hətta yeni görüşün keçirilməsi barədə razılığa da gəlindi. Bu faktın özü elə çox şey deməkdir. Bütün maneələrə baxmayaraq, İranla ABŞ arasında müzakirələrin davam edəcəyi artıq kəskinləşib. Müzakirələrin aparılması isə öz növbəsində İrana qarşı müharibədən də uzaqlaşmaq deməkdir. Elə buna görə də son günlər İrana qarşı hücum barədə ritorika müəyyən qədər səngiyib. Yəni danışıqların keçirilməsi ilkin nəticə olaraq öz töhfəsini verdi”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600