Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İranda 8 İŞİD-çi edam olundu

İran höküməti 2017-ci ildə paytaxt Tehranda terror aktının təşkilində iştirak edən 8 İŞİD üzvünü edam edib.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, onlar İran İnqilab Məhkəməsinin ölüm hökmünə əsasən asılıblar.

Xatırladaq ki, qadın geyimində 4 nəfərdən ibarət qrup 2017-ci il iyunun 7-də İran parlamentinin binasında atəş açıb, sonra hücum edənlərdən biri özünü partladıb. Hücuma həmçinin imam Xomeyninin mavzoleyi məruz qalıb. Belə ki, hücum edən qadınlardan biri partlayıcı kəmərini işə salıb. Terror aktları nəticəsində 20-ə yaxın adam həlak olub, onlarla insan yaralanıb.

İran İnqilab Məhkəməsi bu il mayın 13-də hücumlarla əlaqəli olan 8 İŞİD silahlısı barədə ölüm hökmü çıxarıb. İran Ali Məhkəməsi iyunun 11-də ölüm hökmünü təsdiqləyib.

www.yenicag.az

2912
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS