!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranda baş verə biləcək ən ağır SSENARİ: “Milyonlarla insan sərhədi keçə bilər”

!Reklam – Yazi

“Ən pis ssenarini düşünsək, İranda baş verə biləcək hansısa problemdə milyonlarla insan sərhədi keçə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Yaxın Şərqdə baş verə biləcək genişmiqyaslı müharibənin Cənubi Qafqaza təsirindən danışan politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, hazırda istənilən regionda baş verə biləcək hər hansı münaqişə ümumilikdə dünyaya təsir edir.
“Müharibə, yaxud təbii fəlakət baş verdikdə ilk olaraq insan köçü məhz qonşu ölkələrə istiqamətlənir. Bu baxımdan, İran ərazisində yaranacaq ciddi proses Azərbaycan, Gürcüstan və Ermənistana təsir etməyə bilməz. Eyni zamanda, dünya neft bazarında da qiymətlərin təsirsiz ötüşməsi qeyri-mümkündür.

Ölkəmiz istər-istəməz tərəf tutmalıdır. Bu da çox çətin məqamlardan biridir. Çünki mümkün İran-İsrail münaqişəsi fonunda məsələyə yanaşsaq İsrail Azərbaycanın demək olar ki, strateji müttəfiqidir. Əlavə olaraq Vətən müharibəsində Azərbaycanın yanında olaraq silahla təmin edib. İranla isə qonşu olsaq da münasibətlər elə də yaxşı səviyyədə olmayıb. Səbəb isə Ermənistanı dəstəkləməsidir. Sadalanan amillər vəziyyətin nə qədər qəliz olduğunu deməyə əsas verir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, yeni dünya düzəni çərçivəsində istər regionda, istərsə də dünya xəritəsində ciddi dəyişikliklər gözlənilir.
“Hər bir dövlət bu bölgüdə problemlərlə üzləşməkdən yayınmalıdır. Azərbaycan hakimiyyəti bir çox məsələlərdə yersiz tənqid edilir. Ancaq hadisələrin gedişatı göstərir ki, elə məhz Azərbaycanın tutduğu xarici siyasət istiqaməti yeganə düzgün yoldur.

Ən pis ssenarini düşünsək, İranda baş verə biləcək hansısa problemdə milyonlarla insan sərhədi keçə bilər. Bu proses onsuz da Rusiya-Ukrayna müharibəsində başlayıb. Ancaq quru sərhəd açıq olarsa, say qat-qat çox olar. Belə ehtimalın baş verməsi isə ölkənin həm iqtisadi, həm də siyasi vəziyyətinə mənfi təsir deməkdir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

82
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv