İranda dəhşətli PARTLAYIŞLAR: Bu şəhərlərə uçuşlar dayandırıldı

media-hightechnic-468x90

İran İsfahan əyalətində partlayışlar barədə xəbərlərdən sonra bir sıra şəhərlər üzərində uçuşları dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi İranın Yollar və Şəhərsalma Nazirliyinin tabeliyində olan yerli aviasiya şirkətlərindən birinə istinadən məlumat yayıb.

Tehran, İsfahan, Şiraz şəhərləri və İranın qərb, şimal-qərb və cənub-qərbində yerləşən bir sıra rayonlar üzərində uçuşlar dayandırılıb.

İran mediası ölkənin hərbi-hava qüvvələri bazasının yerləşdiyi İsfahanın şimal-şərqində baş verən partlayışlardan yazır.

Lakin partlayışların səbəbi hələ müəyyən edilməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa