İranda ideologiya və praqmatizm SAVAŞI: Zəngəzur dəhlizi ilə bağlı Tehrandan ABSURD NARAHATLIQ

media-hightechnic-468x90

“Ümumiyyətlə, bir dövlətin hakimiyyət strukturu daxilində müxtəlif istiqamətlərin fikir ayrılığına malik olması təbii haldır. Bu, demək olar ki, bütün ölkələrdə müşahidə olunur. Bəzən qanunverici hakimiyyətin rəhbərləri ilə icraedici hakimiyyətin rəhbərləri arasında fərqli mövqelər ortaya çıxır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

media-azerhuseynovw

Siyasi təhlilçi İranın Zəngəzur dəhlizi ilə bağlı qeyri-adekvat yanaşmasının səbəblərini, habelə Tehranın təhdid dolu ritorikasının səbəblərini analiz edib.

Onun sözlərinə görə, İranda da oxşar vəziyyət mümkündür:

“Burada Ali Dini Lider ideoloji-siyasi hakimiyyətin təmsilçisidir, Prezident isə icraedici hakimiyyətin rəhbəri olaraq daha çox praqmatik mövqedən çıxış edir. Prezidentin bəyanatları, adətən, real siyasi və iqtisadi maraqlara əsaslanırsa, Ali Dini Lider İran dövlətinin ideoloji əsaslarını qorumağa yönəlmiş çıxışlar edir. Bu baxımdan, İran hakimiyyətində mövqelərin fərqlənməsi təbiidir”.

Müsahibimiz hesab edir ki, burada əsas narahatçılıq birbaşa Azərbaycanla bağlı deyil:

“Daha çox narahatlıq ABŞ-nin regiona gəlişi ilə əlaqəlidir. Azərbaycan isə hər zaman xarici siyasətində qonşu dövlətlərin maraqlarını nəzərə aldığını, onlara qarşı heç bir təhdid yaratmadığını dəfələrlə bəyan edib. Bu səbəbdən düşünürəm ki, Azərbaycan və həmsərhəd dövlətlər, o cümlədən İran Azərbaycanın uğurlarını özlərinə təhlükə kimi görməməlidir”.

Analitik fikrincə, əgər İran hakimiyyəti daxilində, yəni Prezident və Ali Dini Lider səviyyəsində, məsələlərə bu praqmatik prizmadan yanaşılsa, daha sağlam münasibətlər qurula bilər:

“Çünki Ali Dini Lider ideoloji və siyasi mülahizələrlə ABŞ-ı əsas təhlükə hesab edir, Prezident isə daha çox qarşılıqlı iqtisadi və diplomatik fayda baxımından mövqe ortaya qoyur. Mənim fikrimcə, İranda praqmatik düşüncənin üstünlük qazanması təkcə Azərbaycan-İran münasibətləri üçün deyil, həm də İranın öz milli maraqları üçün faydalı olar. Beynəlxalq münasibətlərdə uğur, əsasən, praqmatik əsaslara söykənir və uzunmüddətli sabitlik də məhz bu yanaşma ilə təmin edilə bilər”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa