İranda Novruz çərşənbələrində yaralananların sayı 5500-ü ötüb.
Yenicag.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar İdarəsinin sözçüsü Babək Yektapərəst bildirib.
Onun sözlərinə görə, indiyə qədər baş verən hadisələrdə 5568 nəfər xəsarət alıb, 19 nəfər ölüb.
Bildirilib ki, xəsarət alanlardan 338 nəfərin bədən üzvləri amputasiya olunub.
Ən çox yaralananlar Tehran (1049 nəfər), Şərqi Azərbaycan (866 nəfər) və Qərbi Azərbaycan (620 nəfər) vilayətindəndir./APA
www.yenicag.az