İranda qaşqayi türkləri ayağa qalxdı: “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” - VİDEO

media-hightechnic-468x90

İranın Fars vilayətinin mərkəzi Şiraz şəhərində Qaşqayi türkləri öz kimliklərini qorumaq üçün aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki,  qaşqayi türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı etiraz aksiyası keçiriblər.

Etirazçılar tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.

Həmçinin etirazçılar Azərbaycan türklərinin qaşqayi qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi, türkmən ittihad, ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa