İranda təyyarə qəzası: Ölən və yaralananlar var

İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə Təbrizdəki İmam Xomeyni adına hava limanının yaxınlığında, Vəhnabad bölgəsində baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəzanın səbəbləri araşdırılır.