İranda yeni virusa yoluxanların sayı açıqlandı

media-hightechnic-468x90

Mart ayının 21-dən bu günə kimi İranda 259 nəfər danq qızdırmasına yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Virusa yoluxanların 254 nəfəri Sistan və Bəlucistan əyalətinin Çabahar rayonunda qeydə alınıb.

Bildirilib ki, xəstəlik Aedes ağcaqanadının sancması nəticəsində yaranır və onun simptomları yüksək qızdırma, baş ağrısı, oynaqların sərtləşməsi, burun və diş ətində yüngül qanaxma, aşağı təzyiqdir.

Məlumata görə, Aedes ağcaqanadı Hörmüzqan, Buşəhr, Fars, Gilan, Mazandaran, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində də göründüyünə görə həmin əyalətlərdə də virusun yayılma ehtimalı yüksəkdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600