İrandan QADAĞA: Bazarda böyük qıtlıq, yoxsa süni qiymət artımı?

media-hightechnic-468x90

“Ümumilikdə belə qadağalar Azərbaycan iqtisadiyyatını ciddi sarsıtmasa da, qısa müddətdə bazarda qiymət artımı, tədarük zəncirində dəyişiklik və yerli istehsalın stimullaşması kimi təsirlər yarada bilər”.

media-banner_tkm

Bu fikirləri Yenicag.az-a Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli İranın daxili bazarda qiymətləri tənzimləmək məqsədilə kartof, yumurta, pomidor və xurma ixracına qeyri-müəyyən müddətə qoyduğu qadağanı şərh edərkən deyib.

media-akif-nesirli-4

Ekspert bildirib ki, qadağa tətbiq olunacağı təqdirdə bazarda həmin məhsulların təklifi azalacaq və bu da qiymətlərin müvəqqəti artmasına səbəb olacaq:

“İranın pomidor, kartof, xurma və digər kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyət qoyması Azərbaycan iqtisadiyyatına bir neçə istiqamətdə təsir göstərə bilər. Xüsusilə qış və erkən yaz aylarında Azərbaycan bazarındakı meyvə-tərəvəz ehtiyacının bir hissəsi İrandan gətirilən idxal hesabına ödənilir. Qadağa qüvvəyə minərsə, təklif zəifləyəcək və bu, birbaşa qiymət artımı ilə nəticələnəcək. Xüsusilə gündəlik istehlak səbətində mühüm yer tutan pomidor, kartof və xurma kimi məhsullarda bahalaşma daha kəskin hiss oluna bilər.

Digər tərəfdən, bu vəziyyət yerli istehsalçılar üçün yeni imkanlar açır. Yerli fermerlər bazarda yaranan boşluğu doldurmaq üçün öz məhsullarını daha əlverişli şərtlərlə satmaq şansı qazanacaqlar. Bu isə müəyyən kənd təsərrüfatı sahələrində gəlirliliyin artmasına və istehsalın genişlənməsinə təkan verə bilər. Lakin qısa müddət ərzində yerli istehsalın bütün tələbatı tam qarşılaması mümkün olmadığı üçün bazar balansının bərpası müəyyən vaxt aparacaq”.

A. Nəsirli mövcud vəziyyətdən alternativ çıxış yollarını da qeyd edib:

“Eyni zamanda, idxalçılar dərhal alternativ bazarlar axtarmağa başlayacaqlar. Məsələn, Türkiyə və ya digər region ölkələrindən məhsul tədarükü gündəmə gələ bilər. Lakin bu keçid logistika xərclərini artıracağı üçün qiymətlər əvvəlki səviyyəyə nisbətən bir qədər yüksək qala bilər.

Ümumilikdə, bu növ qadağalar Azərbaycan iqtisadiyyatı üçün fundamental təhlükə yaratmasa da, qısamüddətli perspektivdə qiymət artımı, tədarük zəncirində yerdəyişmələr və yerli istehsalın stimullaşması kimi prosesləri qaçılmaz edir. Uzunmüddətli dövrdə isə bazar yeni tədarük mənbələri taparaq öz tarazlığını bərpa edir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05