İranın ali dini lideri Xameneinin öldürüldüyü təsdiqləndi - RƏSMİ

media-hightechnic-468x90

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.

“İslam İnqilabının ali rəhbəri şəhid olub”, – məlumatda bildirilib.

Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

“Tasnim” agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.

Xamaneyinin ölümü ilə əlaqədar İranda 40 gün milli matəm elan olundu.

“Fars” Xəbər Agentliyi isə Xamaneinin qızı, kürəkəni və nəvəsinin də hücumlar zamanı həlak olduqlarının bildirib.

Xəbərdə həmçinin Xamaneinin gəlinlərindən birinin də dünən səhər həyata keçirilən hücum zamanı həyatını itirdiyi qeyd olunub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp sosial media hesabında verdiyi açıqlamada: “Tarixin ən pis insanlarından biri olan Xamanei öldü”, – deyib.

Tramp İranın ruhani lideri Əli Xamaneinin taleyi ilə bağlı paylaşımında bildirib:

“Bu, təkcə İran xalqı üçün deyil, həmçinin Xamanei və onun qana susamış quldur dəstəsi tərəfindən öldürülən və ya şikəst edilən bütün böyük amerikalılar və dünyanın bir çox ölkəsindən insanlar üçün də bir ədalətdir. O, kəşfiyyatımızdan və son dərəcə inkişaf etmiş izləmə sistemlərimizdən qaça bilmədi. İsraillə sıx əməkdaşlıq çərçivəsində aparılan əməliyyat nəticəsində nə o, nə də onunla birlikdə öldürülən digər liderlər heç nə edə bilmədilər”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05