!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycanda kök salmış casus şəbəkəsi: "Ermənistanı təxribatlara təşviq etməklə sülh prosesini əngəlləmək..."

!Reklam – Yazi

“Azərbaycanın güclənməsi İranı narahat edən səbəblərdən biridir”.

Bunu İranın Azərbaycanda agentura şəbəkəsinin durmadan ifşa olunması və Ermənistanla olan əməkdaşlığının səbəblərindən danışan politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran daxildəki oyanışdan qorxur.

“Azərbaycanın inkişafı, demokratik dövlət təsisatları İranda əndişə yaradır. Hərbi cəhətdən güclü diktatura, teokratik rejimlə idarə olunsa da, İranın regionda qorxduğu ölkə torpaqlarını işğaldan azad edən, demokratik təsisatların oturuşduğu güclü Azərbaycandır. Bunun da bir çox səbəbləri var. Azərbaycanın güclənməsi İranı narahat edən əsas səbəblərdən biridir.

İran Qarabağın işğaldan azad olunmasını istəməyən ölkələr sırasında ən üst pillədə idi. Molla rejimi Azərbaycanın güclənməsinin İrana təsirsiz ötüşməyəcəyini yaxşı bilir.

Azadlığın sərhədi olmur. Azadlıq ideyaları tezliklə İranın daxilinə keçəcək. Daxildə baş verəcək oyanış hərəkatı və demokratiya tələbləri İran rejimini çökdürəcək. Ermənistana dəstək bu səbəbdəndir. Ermənistanı təxribata təşviq edən ölkələrdən biri kimi İran regionda münaqişənin davam etməsində maraqlıdır. Azərbaycanın başını qatmaq, inkişafına mane olmaqla daxili sabitliyini qorumaq məqsədi güdür. Ermənistan isə siyasi avantüraya qurban seçilir.

İkinci Qarabağ müharibəsi göstərdi ki, Ermənistan Azərbaycanla münaqişə etmək gücündə deyil. Ermənistanın mifləşdirilmiş ordu sistemi 44 günə darmadağın edildi. 44 gündə darmadağın edilən Ermənistan ordusunun dirçəlməsi üçün azı 44 il lazımdır. İran da Ermənistanın münaqişə tərəfinə çevrilmək gücündə olmadığını yaxşı dərk edir. Lakin Ermənistanı təxribatlara təşviq etməklə sülh prosesini əngəlləmək və nə qədər mümkünsə, Azərbaycanın başını bu problemlə qatmaq istəyir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv