!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın Azərbaycanı hədələməsinin yol açdığı REALLIQ: "Region böyük dəyişikliklər ərəfəsindədir"

!Reklam – Yazi

“Regiondakı indiki hərəkətlilik keçən ilin yayında başlayan proseslərin növbəti pərdəsidir”.

Bu sözləri son günlər İranın Azərbaycanı hədələməsi fonunda yaranan gərginliyə münasibət bildirən politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, İran ayətullahının ölkəmizi hədələməsi ilk hal deyil və müstəqillik tariximizin bütün mərhələlərində onların hədə-qorxuları dəfələrlə baş verib:

“İran ayətullahları Gəncədə, Bərdədə, Tərtərdə müsəlman şiə qardaş və bacılarının öldürülməsini səssizliklə izlədilər. Həmçinin ermənilər işğal altındakı məscidlərimizə donuz bağlayanda, mal tövləsi kimi istifadə edəndə də səssiz idilər.

Müharibədən öncə silah daşınmasında ən mühüm keçid İran-Ermənistan Norduz sərhəd keçidi idi və Ermənistan Norduzdan keçirib gətirdiyi raketləri Gəncədə İmamzadəyə atanda da ayətullahların səsi gəlmədi. Halbuki Azərbaycan tərəfi heç vaxt İrana qarşı hər hansı bir koalisiyada yer almayıb. Heç vaxt ərazimizdən İrana qarşı istifadəyə imkan verilməyib”.

Yeganə Hacıyeva bildirib ki, ayətullahların ağzı ilə İran hakimiyyətindəki dairələr Azərbaycanı hədələməyə davam edir:

“Məsələn, eyni gündə İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə başlayıb və bir neçə gündür ki, PUA-larla Azərbaycanın cənub sərhədləri boyunca uçuşlar həyata keçirir. Aydın məsələdir ki, İran bir yolun bağlanmasına görə iqtisadi çətin zamanlarında bu qədər bahalı təlimləri keçirmir. Gömrük rüsumlarının tətbiqi heç bir halda İrana qarşı bir təzyiq forması deyildi, bu, sadəcə İranın Azərbaycan ərazisindən istifadə edərək nə daşımasına nəzarət aktıdır. Ermənistan üçün ora yük daşıyan İran maşınları Ermənistanın özündə də gömrük rüsumu ödəyir. Belə olan halda, bizim ərazidən istifadə edərək Ermənistana yük daşıyan İran yük maşınları Azərbaycana da gömrük rüsumu ödəməlidir. Bu yoldan hər il təxminən 25 min yük avtomobili İran və Ermənistan arasındakı sərhədi keçir. Bu, ciddi maliyyə qaynağıdır və Ermənistan bundan faydalanırsa, biz niyə faydalanmamalıyıq?!”.

Gülşən Şərif

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv