“Zəngəzur dəhlizinin uzun zaman əngəllənməsi mümkünsüzdür”.
Bu fikri Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin Rusiya tərəfindən yenidən aktivləşdirilməsi, İranın reaksiyaları və gözləntiləri dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.
Zəlimxan Məmmədli bildirib ki, yaxın zamanda Zəngəzur dəhlizi təntənəli sürətdə açılacaq.
“İranın missiyası bu bölgədə türk layihələrini əngəlləmək, türk birliyinə xələl yetirmək, indiki halda, Azərbaycanın kommunikasiya imkanlarını məhdudlaşdırmağa yönəlib. Bunun bir sira siyasi, tarixdən gələn səbəbləri var”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Türkiyənin zaman-zaman verdiyi açıqlamalar, Zəngəzur dəhlizi hökmən açılacaq yönündə veridiy bəyanatlar deməyə əsas verir ki, 8 Azərbaycan bu layihənin üzərində eyni mövqedədir, sadəcə tarixi şəraitin yetişməsi çox önəmlidir:
“Putin Bakıya gəlir, xüsusilə Bakıdan mesaj verir, İran hansısa formada cavab verir. Bunların hamısı Rusiyanın bu bölgədə hərbi varlığı ilə bağlıdır. Rusiyanın siyasi iddiası ondan ibarətdir ki, marşrutun təhlükəsizliyini rus əsgərləri qorusun.
Türkiyə-Azərbaycan platforması alternativsizdir. Türkiyənin iradəsi önəmli rol oynayacaq. Zəngəzur dəhliznin açılması mütləqdir. Zəngəzur dəhlizinin uzun zaman əngəllənməsi mümkünsüzdür”.
Səxavət Məmməd
www.yenicag.az