İranın Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxıldı

media-hightechnic-468x90

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.

Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05