İranın sönməyən alovu: 19 il öncəki "May hadisələri" TƏKRARLANIR?

media-hightechnic-468x90

“İranda hazırkı aksiyalar ‘may aksiyaları’na bənzəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sədrəddin Soltan  bildirib.

media-iupopio-ojpg-1727870230

Politolo İranda baş tutan hakimiyyət əleyhinə aksiyaları 19 il öncə baş verən və xeyli itki ilə nəticələnən hadisələrlə müqayisə edib:

“İranda etiraz aksiyasının tələbləri hələ də təmin edilməyib. Hakimiyyət bu istiqamətdə müxtəlif vədlər verib, plan və layihələr təqdim edib. Nəticənin nə olacağı fəaliyyət müddətində müəyyən olacaq. Hesab edirəm ki, son 19 ildə (red: 2006-cı ilin may hadisələri) İranda keçirilmiş etiraz aksiyaları və onların mahiyyəti gələcəkdə tədqiqat mövzusu olacaq.

Bu aksiyalarda 19 il öncə baş tutan hadisələrdən daha çox ölüm faktı qeydə alınıb. 2006-cı il etirazları da Güney Azərbaycan türklərinin milli heysiyyətlərinin qorunması uğrunda keçirilən aksiya idi. O zaman 200-dən çox etirazçının şəhid olması xəbəri yayılmışdı. Hazırkı aksiyalarda isə ölü sayı 3000-dən çox göstərilir. Bu dəfə həm hökumət qüvvələri, həm də etirazçılar arasında xeyli sayda itki var”.

Politoloq hazırkı aksiyalarda ölüm faktının daha çox olduğunu diqqətə çatdırıb:

“Aksiya iştirakçıları elə də ciddi nailiyyət əldə etməyib. Sadəcə olaraq, onlar hakimiyyətin nüfuzdan düşməsi üçün növbəti addımı atıblar. Hakimiyyətin gücünün, təsir vasitələrinin aşkarlanması üçün əlavə imkan əldə ediblər. Eləcə də, xarici təzyiqlərin gələcəkdə İrana sərbəst toplaşma və etirazlara müdaxilə etməməsi üçün əlavə üstünlük qazandırıblar. Hələ ki, bu hadisələri indidən dəyərləndirmək tezdir. 28 dekabrdan başlayan bu aksiyalar bütün istiqamətlərdə araşdırılması vacib olan məsələlərdəndir”.

S. Soltan qeyd edib ki, İran bu aksiyalardan nəticə çıxarmalı və baş verənləri hərtərəfli analiz etməlidir:

“İstər daxili faktorlar, istər cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı, eləcə də xarici amillər dəyərləndirilməlidir. Bu aksiyalarda qazananın cəmiyyət olmasını çox istərdik, amma irəli sürülən tələblər və şərtlər hələ təmin edilmədiyi üçün etirazların təsirsiz ötüşmədiyini bildirmək olar”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa