!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranın yeni XİN rəhbəri ola biləcək azərbaycanlı kimdir?

!Reklam – Yazi

“İran siyasi elitasında liberal və islahatçı baxışlara malik Abbas Araqçi Tehranda azərbaycanlı ailəsində anadan olub. Araqçi İranın altılıq ölkələri ilə nüvə danışıqlarında iştirak edib. O, Asiya-Sakit okean və Böyük Britaniya üzrə diplomat olub. Londonda təhsil alıb, Finlandiyada səfir kimi çalışıb”.

Yenicag.az xəbər verir ki, bu barədə iranlı araşdırmaçı jurnalist Əziz Əhmədi “The Sunday Times” ilə söhbətində deyib.

Onun sözlərinə görə. Amerikanın liberal demokrat dairələrində dərin əlaqələrə, Avropada da böyük təcrübəyə və münasibətlərə malik Araqçi Qərblə münasibətlərin normallaşması və sanksiyaların yumşaldılması üçün yumşaq və praqmatik siyasətin dəstəkçisidir.

“O, eyni zamanda, Azərbaycan Respublikasına yaxın münasibətlərin tərəfdarı olsa da, həm də Azərbaycanı İran tarixinin bir parçası olaraq görür. Araqçinin Azərbaycan türklərinin köklü qruplarından Əfşarlardan olduğu bildirilir. O, 2018-ci ildə çıxışlarından birində Azərbaycan və İranı bir millət, iki dövlət hesab etdiyini bildirib”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İran mətbuatı ölkənin xarici işlər nazirinin sabiq müavini Abbas Araqçinin ölkənin yeni XİN rəhbəri təyin ediləcəyini yazıb.

Məlumata görə, İranda yeni seçilən Prezident Məsud Pezeşkianın siyasi məsləhətçiləri hesab edirlər ki, Araqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən çox uyğun gələn namizəddir. Siyasətçinin namizədliyinin nəzərdən keçirilməsi üçün İran parlamentinə təqdim ediləcəyi gözlənilir.

Rafi Müslümov

COP29

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv