İranla AEBA arasında gizli danışıqlar olub
İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında gizli müzakirələr keçirilib.
AEBA-nın icraçı direktorunun müavini Tero Varyoranta ötən həftənin sonlarında Tehrana qeyri-rəsmi səfər edib.
Xəbərdə həmçinin bildirilir ki, agentliyinin bir neçə müfəttişi İranla AEBA arasındakı əməkdaşlıq çərçivəsində Tehranda olub və İran Atom Enerjisi Təşkilatının rəsmiləri ilə fikir mübadiləsi aparıblar.
Agentliyin sözçüsü Serj Gass da məlumatı təsdiqləyərək deyib ki, bu səfər tərəflər arasında davamlı əlaqələrin bir hissəsi idi: “AEBA-nın icraçı direktoru Yukiya Amano növbəti bir neçə həftə ərzində qurumun İdarə Heyətinin 35 üzvünü İrandakı dəyişiklərlə bağlı yeni informasiya ilə təmin edəcək”(apa).