!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İranla İsrail arasında kölgə müharibəsi: Regionda geosiyasi problemlər arta bilər

!Reklam – Yazi

“İsrailin mövqeyinə əsasən, Yəmənin Hudeydə şəhərini hədəfə alan hava hücumları İranın husilərə silah tədarükü marşrutlarını pozmağa yönəlik hərbi akt idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov deyib.

O, İsrailin Livan və Yəmənə həyata keçirdiyi hücumlardan, habelə Qəzza zolağında davam etdirdiyi əməliyyatlardan söz açıb.
Politoloqun sözlərinə görə, İsrail bununla Yaxın Şərqin bütün qaynar cəbhələrində eyni anda əməliyyatlar apara bilmək potensialının olduğunu göstərərək rəqiblərinə qarşı çəkindirmə aktı yaratmağa çalışır:

“Husilərə qarşı əməliyyatın motivləri regionda geosiyasi problemləri dəfələrlə artıra bilər. Çünki husilərin İsrail tərəfindən bombardmana məruz qalmasına həmin proksi qüvvənin təşkilatçısı İran da cavab vermək potensialını ortaya qoya bilər.

Elə hadisədən sonra husilərin Təl-Əvivə tuşladığı silahların fitilini çəkməsi İran, onun yaratdığı qeyri-dövlət aktorlarının Aralıq dənizinin şərqini və digər əraziləri hədəf almaq üçün silah sistemlərinin coğrafi diapozununu əks etdirir. Ancaq bunlar İranla İsrail arasında gerçək müharibənin anatomiyası kimi başa düşülməli deyil, tərəflər, sadəcə olaraq, kölgə müharibəsi aparırlar”.

Politoloq əmindir ki, İsrail regionda hətta öz müttəfiqi ABŞ ilə də fikir ayrılıqları içərisindədir və Vaşinqton prosesləri istədiyi kimi yönləndirməkdə çətinliklər çəkir:

“ABŞ HƏMAS-İsrail müharibəsinin istiqamətlərini regional maraqlarını artırmaq üçün istifadə etməyə çalışsa da, buna müyəssər olmadı və Təl-Əviv getdikcə qəzəbini artırdı. Üstəlik, regionda Çin və Rusiyanın da mövqelərinin möhkəmlənməsi ABŞ-nin maraqlarının sıxışdırılmasına təkan verir. İsrailin həyata keçirdiyi əməliyyatların mümkün əks-sədası Suriya, Livan və İraq cəbhələrindən çıxa bilər”.

“Yəni Qəzzadakı əməliyyatların geosiyasi və regional təhlükəli miqyasları böyükdür və İran İsrailə cavab olaraq başqa cəbhələrdə fəaliyyətlərini gücləndirir. Livan, Suriya və İraq İran və onun proksi hərəkatlarının fəaliyyətinin gücləndiyi arenalardır. İsrail İranın qalxan kimi istifadə etdiyi proksi orduları neytrallaşdırmaqda çətinliklərlə üzləşir. Ona ABŞ-dən verilən dəstək də yetərli deyil, çünki İran şəbəkələşmiş və tor salmış bir sistem yaradıb.

Hesab edirəm ki, İsrailin son məqsədi HƏMAS-ın varlığına son qoymaq və bundan sonra Livandakı “Hizbullah”a qarşı əməliyyatlara başlamaqdır. Lakin bu çətindir və açıq desək, İsraillə “Hizbullah” bir-birləri ilə müharibədən yayınır”, – deyə A. Kərimov fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv